Sistem inzibatçısı (Linux) | Banco.az
Xalq Bank

Sistem inzibatçısı (Linux)

Vakansiya haqqında məlumat: 

 

İnformasiya Texnologiyaları İdarəsi

Vəzifə: İnformasiya Texnologiyaları İdarəsinin Sistemlərin və şəbəkənin idarə edilməsi şöbəsi – Sistem inzibatçısı (Linux)

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

İŞİN TƏSVİRİ:

  • İT sistemlərinin daimi monitorinqi;
  • Problemlərin qısa müddətdə aşkarlanması, analizi və həll olunması;
  • Dəyişikliklər, profilaktik işlər və problemlərlə bağlı lazımi bütün işçi qruplarının məlumatlandırılması;
  • Mövcud servislərin dayanaqlılığını təmin etmək;
  • Bütün dəyişikliklərin sənədləşdirilməsi;
  • Bütün tapşırıqların task sistemi üzərində qeydiyyatı və icrası;
  • İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsində iştirak edir;
  • 24/7 mövcudluğu;
  • Şirkətin İT siyasətinə uyğun olaraq daima özünü inkişaf etdirməlidir;
  • İnformasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyaların tətbiq olunması, sistemlərin və avadanlıqların yenilənməsi ilə bağlı təkliflərin hazırlanması.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları
  • CompTIA Linux+, Red Hat Certified System Administrator (RHCSA), VMware Certified Professional (VCP) sertifikatlarına sahib olması arzuolunandır.
  • Opensource istehsalçı firmalarının məhsulları haqqında bilik və təcrübə.
  • Linux əməliyyat sistemlərinə (müxtəlif distrubitivlər – RedHat, CentOS, Debian) dair nəzəri və praktiki biliklər - inzibatçılıq səviyyəsində;
  • Virtualizasiya texnologiyaları ilə təcrübə – VMware ;
  • Proxy və web server-lərlə bağlı iş təcrübəsi – Nginx, Apache və s;
  • Bash Script-lə praktiki biliklər;
  • Configuration Management tool-larla təcrübə – Ansible, Chef, Puppet;
  • Docker container-lərlə əlaqəli bilik və iş təcrübəsi;
  • Python ilə təcrübə.
  • İngilis və rus dilləri üzrə biliklər:

ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.

  • Sahə üzrə iş təcrübəsi ən azı 3 il

Qeyd: Tələblərə uyğun olmayan və mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan CV-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri :

E - mail :        [email protected]

Telefon:          (012) 404 43 39

Faks:              (012) 404 43 34

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et