Vakansiya haqqında məlumat:
Vəzifəyə olan tələblər
· Ali təhsil (iqtisadi təhsillilərə üstünlük verilir);
· Məsuliyyətli olmalı;
· Ünsiyyət qurabilmə qabiliyyəti
· Azərbaycan, Rus dilində sərbəst danışıq bacarığı
· Bu sahədə dörd illik təcrübəyə malik olması;
· Filialın işlərini planlaşdırma bacarığına malik olması;
Əsas vəzifələr
- Filiala verilmiş lisenziyaya uyğun BOKT xidmətlərinin keyfiyyətlə aparılmasını təmin etmək;
- BOKT tərəfindən filialların istifadəsinə verilmiş əmlakın məqsədəuyğun istifadəsinə nəzarət edir, onun qeyri-düzgün istifadəsi nəticəsində korlanmasına məsuliyyət daşımaq;
- Filialın əsasnaməsinə uyğun iş planını təsdiq etmək, onun icrasına nəzarət etmək;
- BOKT-un İH-nin təsdiq etdiyi iş rejiminə müvafiq olaraq müəyyən edilmiş saatda filialarlın açılması və bağlanmasına nəzarət etmək, iş günü ərzində işçilərin nizam-intizam qaydalarına riayət etmələrinə cavabdehlik daşımaq;
- Filiallara etibar edilmiş, maddi qiymətlərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək;
- Gün ərzində aparılan bütün əməliyyatlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğunluğuna, balansın müəyyən edilmiş vaxtda bağlanmasına və Baş ofisə vaxtında ötürülməsinə nəzarət etmək və buna məsuliyyət daşımaq;
- Korporativ müştərilərin filiallara cəlb edilməsi məqsədilə daim müvafiq tədbirləri həyata keçirmək;.
- Verilmiş kredit planı hədəfini yerinə yetirməli;
CV-ləri Şirvan Filialına müdiri mövzusu ilə vakansiya@parabokt.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Şirkət:
Para BOKT