Şəbəkənin optimallaşdırılması və inkişafı şöbəsinə mütəxəssis/ aparıcı mütəxəssis /baş mütəxəssis | Banco.az
Kapital Bank

Şəbəkənin optimallaşdırılması və inkişafı şöbəsinə mütəxəssis/ aparıcı mütəxəssis /baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Ümumi məlumat

Kapital Bank namizədləri Pərakəndə satış idarəsinin Filial şəbəkəsinin idarə edilməsi departamentində Şəbəkənin optimallaşdırılması və inkişafı şöbəsinə mütəxəssis/ aparıcı mütəxəssis /baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər

  • Xidmət nöqtələrinin optimallaşdırılması və inkişafı üzrə layihələri hazırlayır, təsdiq olunmuş layihələrin icrasına nəzarət edir
  • Bankın strateji hədəflərinin icrası məqsədilə xidmət nöqtələrinin satış və xidmət üçün uyğun ərazidə yerləşməsini analiz edir və təmin edir.
  • Digər struktur bölmələr tərəfindən həyata keçirilən və xidmət nöqtələrinin işinin səmərəliliyini artırmaq yönümlü layihələrdə iştirak edir.
  • Xidmət nöqtələrinin açılması, bağlanması, relokasiyası, əsaslı təmiri, daxili quruluşun təyin edilməsi, optimal yerləşmə planının hazırlanmasını təşkil edir.
  • Xidmət nöqtələrinin zəruri hüquqi sənədlərlə lazımi qaydada təmin olunmasını təşkil edir.
  • Xidmət şəbəkəsində elekton növbəlilik sisteminin qurulması, yeni layihələrin tətbiq edilməsi və bununla bağlı digər işlərin görülməsini təşkil edir.
  • Xidmət nöqtələrində əsas vəsaitlər, istifadə olunan zəruri avadanlıqların təhlilinin aparılması ilə optimal sayların təyin edilməsini  və yerləşmə planının hazırlanmasını təşkil edir.
  • Xidmət nöqtələrindən həlli şöbəyə aid müraciətlər üzrə təkliflər hazırlayır.

Tələblər

  • Ali təhsil;
  • Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
  • MS Office proqramları üzrə biliklər (Excel bilikləri) ;
  • Maliyyə bilikləri (ACCA və s. üzrə sertifikatların olması arzuolunandır);
  • Bank sahəsində və ya analitika ilə bağlı digər sahədə iş təcrübəsi.
  • Dil bilikləri: ingilis dili –yaxşı, rus dili - arzuolunandır.
  • Gərgin iş qrafikində işləmək bacarığı.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək ( https://hr.kapitalbank.az/vac/detail?vacancyId=1888) və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et