Şəbəkə inzibatçısı | Banco.az
Azər Türk Bank

Şəbəkə inzibatçısı

Vakansiya haqqında məlumat: 

 

İnformasiya Texnologiyaları departamentində Şəbəkə inzibatçısı

Namizədə olan tələblər

  • Ali təhsil
  • Səlis Azərbaycan dili, yaxşı səviyyədə Rus və İngilis dili biliyi
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi
  • CCNA səviyyəsində biliklərə malik olmaq (sertifikatların olması arzuolunandır)
  • Cisco, Palo Alto, Chek Point şəbəkə avadanlıqları ilə iş təcrübəsi
  • Yeni texnologiyaların öyrənilməsi və tətbiqi bacarığı
  • Qısa müddət ərzində problemi aşkarlamaq və aradan qaldırmaq qabiliyyəti
  • İri miqyaslı infrastruktur dəyişikliklərində iş təcrübəsi

Vəzifə öhdəlikləri

  • Lokal və Qlobal şəbəkənin fasiləsiz işləməsinin təmin edilməsi və yaranan problemlərin aradan qaldırılmasını həyata keçirmək
  • Lokal və Qlobal şəbəkənin daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparmaq
  • Şəbəkədə yeni modifikasiya və müvafiq avadanlıqların yeni versiyalarını tətbiq etmək
  • Şəbəkə resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparmaq
  • Şəbəkə, həmçinin şəbəkələr arası qarşılıqlı əlaqənin təhlükəsizliyi üçün tədbirlər görmək
     

CV-lərinzi vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et