Şəbəkə Administratoru | Banco.az
AGBank

Şəbəkə Administratoru

Vakansiya haqqında məlumat: 

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi

[email protected]

(Sabina Qulamzadə) elektron ünvanına göndərin.

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Vəzifələr: 

• Şəbəkə təhlükəsizliyini təminatı
• Şəbəkəarası qarşılıqlı əlaqənin təhlükəsizliyinin təmin olunması
• Korporativ şəbəkənin işləmə qabiliyyətinin təminatı, marşrutlaşdırmanın düzgün idarəedilməsi, baza şəbəkə servislərinin administrasiyası
• Ayrılmış İP- ünvanların vaxtında qeydiyyata alınması
• Sistem proqramları və şəbəkə qurğuları ilə bağlı suallarda qaynar xətlərlə ilkin yardımım göstərilməsi
• İstifadəçilər üçün internet və elektron ünvanların sazlanması
• Sistem məlumatı jurnalının aparılması

Namizədlər üçün tələblər: 

• Ali Təhsil
• Şəbəkə administrasiyası üzrə bir ildən az olmayan iş təcrübəsi
• Azərbaycan dili bilikləri
• Rus dili bilikləri
• İngilis dili bilikləri (minimal danışıq bacarıqları, texniki sənədlərin oxunması və tərcüməsi)
• LAN şəbəkə texnologiyaları haqqında biliklər və işləmə qabiliyyəti, OSİ modelini və şəbəkə avadanlıqının iş prinsipini anlama qabiliyyəti 
• Windows OS proqramlarında işləmə qabiliyyəti
• PC bilikləri və tətbiqi proqramlar bilikləri
• Antivirus mudafiə serverinin və yenilənmə serverinin iş prinsipini anlama qabiliyyəti
• Yönləndirmə iş prinsipini anlama qabiliyyəti
• Azərbaycanın rayonlarına səyahət etmək imkanı
• Azərbaycandan kənar səyahət etmək imkanı
• Diqqətlilik
• Ünsiyyət qurma bacarığı
• İcraedici