PAŞA Bank
Scrum Master
Vakansiya haqqında məlumat:
PAŞA Bank namizədləri Scrum Master vakansiyası üzrə müraciət etməyə dəvət edir.
İşiniz nədən ibarətdir?
- Həlləri planlaşdırmaq, idarə etmək və həyata keçirmək üçün çevik metodologiyanın dəyərlərinin, prinsiplərinin və üsullarının istifadə edilməsi;
- Tapşırıqların, məsələlərin, risklərin və tədbirlər planının bəndlərinin müəyyən edilməsi və idarə edilməsi;
- “Scrum” sisteminə həsr olunan tədbirlərin, iclasların və qərar qəbuletmə proseslərinin planlaşdırılması və bunların həyata keçirilməsinə köməklik göstərilməsi;
- İşlərin icrasında əldə edilən irəliləyişə və əmək məhsuldarlığına nəzarət edilməsi və işçi heyətlərinin təkmilləşdirmələr etməsinə köməklik göstərilməsi;
- Sınaq nümunələrinin nümayiş etdirilməsinin və məhsulun/sistemin sınaqdan keçirilməsinin planlaşdırılması və təşkil edilməsi;
- Layihə proseslərinin və nəticələrinin izlənməsi;
- Maraqlı tərəflər üçün cari vəziyyət haqqında hesabatların hazırlanması və təqdim edilməsi;
- Heyətə və təşkilata çevik üsulların metodologiyalarının istifadə edilməsi qaydası haqqında təlimatların verilməsi;
- Heyətə təlim verilməsi; şəffaf və dəyişən şəraitə uyğunlaşmağı bacaran heyət standartlarının qavranmasına köməklik göstərilməsi;
- Yeni məhsulun buraxılmasını planlaşdırmaqda və yarımçıq işləri başa çatdırmaqda məhsul sahibinə köməklik göstərilməsi;
- Mədəniyyətlərarası anlaşılmazlıqlar və ya logistika problemləri kimi maneələrin aradan qaldırılması;
- Bütün heyət üzvləri arasında sıx əməkdaşlığın təşviq edilməsi, heyət üzvlərinin bir-birinə çarpaz təlim verməsinin və köməklik göstərməsinin təşviq edilməsi;
- Heyət daxilində və xaricində ünsiyyətin və əməkdaşlığın həyata keçirilməsinə köməklik göstərilməsi;
- Heyətin və təşkilatın bütün səviyyələrində Çevik proseslərin, prinsiplərin və üsulların həyata keçirilməsi;
- Heyət daxilində özünütəlimin və karyera yüksəlişinin təşviq edilməsi;
- Söhbətlər, təlim vermə və rol oyunu çalışmaları vasitəsilə heyətə çevik düşüncə tərzinin aşılanması;
- Cəza qorxusu olmadan problemlərin qaldırıla biləcəyi etibarlı və təhlükəsiz mühitin yaradılması;
- Heyətin tədbirlərinin keçirilməsinə köməklik göstərilməsi: gələcək fəaliyyətin planlaşdırılması, keçmiş fəaliyyətin qiymətləndirilməsi.
Sizdən nə tələb olunur?
- Çevik inkişaf sahəsində 1-3 il iş təcrübəsinə və Scrum adlı layihə idarəetməsi sisteminin təlimatçısı və ya buna bənzər vəzifədə iş təcrübəsinə malik olan namizədlərə üstünlük verilir
- Layihə təşkilatçısı vəzifəsində keçmiş iş təcrübəsi də yüksək qiymətləndirilir, lakin zəruri deyil (çevik təşkilatçılıq sahəsində iş təcrübəsinə üstünlük verilir)
- Çevik təşkilatçılığın əsasları haqqında güclü biliyə malik olma
- Heyətə çevik üsullar haqqında təlim vermək və maksimal biznes imkanlarından vaxtında istifadə etmək məqsədilə çevik metodologiyaya riayət olunmasını təmin etmək qabiliyyətinə malik olma.
- Mürəkkəb məlumatları çatdırmaq və yeni anlayışları öyrətmək qabiliyyəti ilə yanaşı güclü ünsiyyət bacarıqlarına malik olma
- Dil bilikləri: İngilis dili.
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, 20.06.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.