PAŞA Bank
Sayt Etibarlılığı üzrə Mühəndis
Vakansiya haqqında məlumat:
Sayt Etibarlılığı üzrə Mühəndis
PAŞA Bank namizədləri Sayt Etibarlılığı üzrə Mühəndis vakansiyası üzrə müraciət etməyə dəvət edir.
İşiniz nədən ibarətdir?
- Mövcudluq, gecikmə, performans, səmərəlilik və dəyişikliklərin idarəedilməsi;
- İlkin dövrdən dizayna kimi, habelə işə salınma, əməlliyat və təkmilləşdirmə kimi xidmətlərin hər bir dövrü ilə məşğul olaraq təkmilləşdirilməsi;
- Təşkilat üçün kod standartlaşdırma və avtomatlaşdırma prosesinin yaradılması;
- Xidmətlərin işə salınmasından öncə sistem dizayn konsaltinqi, proqram platformaları, çərçivələrin hazırlanması, həcm planlaması və işə salma araşdırmaları kimi fəaliyyətlər vasitəsi ilə dəstəklənməsi;
- Xidmətləri işə saldıqdan sonra mövcudluğun, gecikmələrin və ümumi sistem sağlamlığının ölçülməsi və izlənməsi yolu ilə dəstəklənməsi;
- Sistemlərin davamlılığını avtomatik mexanizmlər vasitəsi ilə ölçülməsi, sitemlərin etibarlılığını və sürətini artıran dəyişiklikləin inkişaf etdirilməsi;
- Hadisələrə davamlı reaksiya təcrübəsini tətbiq edərək müzakirələrin aparılması;
- Problemin kökünü anlamaq üçün sistem və tətbiqetmə qeydlərinin analiz edilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların icrası.
Sizdən nə tələb olunur?
- Təhsil: Kompüter elmi və ya əlaqəli texniki sahə üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Minimum 5 il
- Lisenziya/ Sertifikat: Java OCP üzrə sertifikata üstünlük verilir
- Xarici dillər: İngilis dili (səlis)
- Komputer bilikləri: C, C++, Java, Python or Go sadalananlardan bir və ya bir neçəsi üzrə təcrübə Linux OS family, Cloud (IaaS, PaaS, SaaS), Kubernetes, Docker, Ansible, Terraform, GitHub Actions, Jenkins üzrə təcrübə
- Məhsul bilikləri: Alqoritmlər, məlumat quruluşları, mürəkkəblik təhlili və proqram dizaynı üzrə təcrübə:
Dizayn, təhlil və geniş miqyaslı paylaşma sistemləri üzrə problemlərin aradan qaldırılmasına maraq
Kodun nizamlanması, optimallaşdırılması və gündəlik tapşırıqların avtomatlaşdırılması bacarığı
- Bazar üzrə biliklər: SRE və DevOps trendləri
- Digər: Komandada iş, güclü ünsiyyət və münaqişələri həll etmə bacarığı
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, 30.05.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!