Vakansiya haqqında məlumat:
"Para Bokt"-dan Bakı şəhəri və Ağcabədi, Beyləqan, Fizuli, Gəncə, Quba, İmişli, Şamaxı, Astara, Qəbələ, Qovlar, Ağdaş, Goranboy, Tovuz, Qazax, Ağstafa, Salyan, İsmayıllı, Yevlax, Mingəçevir, Şəki, Göyçay, Masallı, Xaçamaz, Şəmkir, Şirvan, Sabirabad bölgə filialları üzrə əmək haqqı+bonuslu təcrübə proqramı!
Karyeranı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik.
Öhdəliklər:
- Təlimlərdə aktiv iştirak etmək
- Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək
- Təlimçi və mentorla interaktiv işləmək
- Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək
Tələblər:
- Yaşı 18-dən 25-ə qədər (Ali və ya orta ixtisas təhsili alan tələbələr və ya ali və ya orta ixtisas təhsilini bitirmiş gənclər)
- Karyerasını satış işində görmək
- Öyrənməyə açıq olmaq
- Hədəflərlə işləməyi bacarmaq
- Pozitiv ünsiyyət bacarığı
- Komandada işləməyə meyilli olmaq
Sizə nə vəd edirik:
- Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmə imkanı,
- Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramı keçmək imkanı
- Ə/h+bonus
- Qeyd: Təcrübə full-time şəkildə 3 ay müddətinə keçiriləcək. Bu müddəti uğurla keçən namizədlər işə qəbul ediləcəklər.
- Maraqlanan şəxslər vakansiya@parabokt.az ünvanına "təcrübə proqramı (müvafiq region üzrə)" yazaraq cv-lərini göndərə bilərlər.
Bizi sosial şəbəkələrdən izləyin!!
Şirkət:
Para BOKT