Satış Mütəxəssisi | Banco.az
Caspian Development Bank

Satış Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

“Caspian Development Bank (CDB)" ASC
 
Vakansiya: Satış Mütəxəssisi 
 
İşçinin Vəzifələri:

•        Bankın iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, bankı müştəri qarşısında təmsil etmək;
•        Yeni müştəriləri cəlb etmək və onlarla uzunmüddətli əlaqələr yaratmaq; 
•        Mövcud müştərilərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək;
•        Kredit portfeli planının icrasını və korporativ məhsulların çarpaz satışını təmin etmək; 
•        Müvafiq kredit prosedurlarına uyğun olaraq müştəri ilə sorğu keçirmək;
•        Müştərinin ərizəsini qəbul etmək və biznes sahəsinə vizitlər etmək;
•        Müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq;
•        Kredit komitəsinin qərarına əsasən krediti rəsmiləşdirmək;

Tələb olunan kriterilər:

•        İqtisadiyyat, maliyyə və ya menecment sahələrində ali təhsil;
•        Korporativ və ya private bankçılıq satış sahəsində ən azı 3 illik təcrübəyə malik olmaq;
•        Kredit təhlili və riskin idarəedilməsi üzrə bilik və bacarıqlara malik olmaq;
•        Yüksək ünsiyyətqurma bacarığı;
•        Azərbaycan, Rus və Ingilis dillərində sərbəst danışıq;
•        MS Office proqramlarında (xüsusilə Word, MS Excel, Power Point proqramlarında) sərbəst şəkildə işləmək bacarığı.

CV-lərinizi [email protected] mail ünvanına göndərməyinizi xahiş edirik. CV-ni göndərərkən mail-ın “subject” hissəsində müraciət etdiyiniz vakansiyanın adının göstərilməsini xahiş edirik. Qeyd etmək istərdik ki, yalnız açıq vakansiya üzrə verilmiş kriterilər, iş təcrübəsi və bacarıqları uyğun olan namizədlərlə əlaqə saxlanacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et