Satış mütəxəssisi | Banco.az

Satış mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Satış mütəxəssisi - Goranboy

Vəzifəyə olan tələblər:

• Ali təhsil  (iqtisadi təhsillilərə üstünlük verilir);
• Etik qaydalara uyğun davranışa sahib olmalı;
• Məsuliyyətli olmalı;
• Komandada işləmə bacarığı,
• Ünsiyyət qurabilmə qabiliyyəti;
• Xoş xarici görkəm

Vəzifə öhdəlikləri:

• Banka müraciət edən müştərilərə onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək , bankın ümumi xeyri naminə müştəriyə yüksək səviyyəli xidmət göstərmək , müştərinin bank seçimində yanılmadığına inanmasını təmin etmək.
•  Karyer plana uyğun sınaq müddəti ərzində müəyyən olunmuş məbləğdə depoziti (əmanəti)  qəbul edir, depozitlər (əmanətlər) üzrə faizləri hesablayır və müştəriyə verir;
• Bank dövriyyəsi olan müştərilərin cəlb edilməsi;
• Fiziki şəxs və fiziki şəxs sahibkarlara ( ocümlədən kreditləşən müştərilərə) mədaxil və məxaric əməliyyatlar üzrə xidmət göstərir;
• Gündəlik əməliyyatları bank proqramına yığır və müxabirləşməni aparır;
• İcra edilmiş bütün əməliyyat sənədlərini günün sənədlərinə tikir;
• Müştərilərin konvertasiya sifarişlırini icra edir;
• Bütün icra sənədlərinin ödəmə növbəliyi əsasında kartatekasını aparır;
• Şəxsi hesablardan çıxarışların uçotunu aparır və müştərilərə təqdim edir;
• Fiziki şəxs, fiziki şəxs sahibkar, hüququ şəxslrə bütün növ bank hesabları açır;
• Müştərilər üçün çek kitabçalarını açmaq və bu kitabçalar vasitəsilə nəgd pul çıxarılması üzrə müştəriyə xidmət göstərmək;
• Nağdsız hesablaşmalar üzrə icra sənədlərini yoxlayır və icra edir;
• Kommunal ödənişlərin qəbulu həyata keçirir;
• Rabitə ödənişlərinin qəbulu və icrasını həyata keçirir;
• Depozitçilərin ( əmanətçilərin) kredit sifarişini icra edir və depozitdən kreditin verilməsini təmin edir;
• Təcili pul köçürmələrilə bağlı əməliyyatlar aparır;
• Müştərilərə müraciət əsasında arayışlar verir;
• Gün ərzində edilmiş əməliyyatların müxabirləşmələrini balansda əks etdirilməsini həyata keçirir;
• Karyer plan üzrə hər növ məhsulların limitlər üzrə satışını  həyata keçirir;
• Rəhbərliyin müxtəlif (birdəfəlik) tapşırıqlarını həll və icra edir;

CV-ləri satış mütəxəssisi  mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.