Satınalmalar üzrə Mütəxəssis | Banco.az
PAŞA Bank

Satınalmalar üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

PAŞA Bank Satınalmalar üzrə Mütəxəssis axtarışındadır.

Vəzifənin məqsədi

Bankın struktur vahidlərinin biznes məqsədləri üçün lazım olan malların, işlərin və xidmətlərin səmərəli, münasib qiymətə və şəffaf qaydada təmin edilməsi.

Vəzifə Öhdəlikləri

- Bankın satınalma/ təchizat zənciri ehtiyaclarının qarşılanması
- Qiymətləndirmə prosesinin səmərəli təşkili və icrası (öz kateqoriyası çərçivəsində)
- Bazar araşdırmaları üzrə kiçik və orta satınalma prosesinin icrası
- Qiymət tələbi və Tenderlərin icrası
- Müqavilənin tərtibatı
- Düzgün satıcı düzgün qiymət prinsipinə əsaslanaraq satınalmanın həyata keçirilməsi
- Satınalma siyasətinə uyğun olaraq bank daxilində satınalma fəaliyyətlərinin təmin edilməsi
- Satınalma və Təchizat zənciri siyasətinin, sorğu formasının, təchizatçı seçimi prosedurlarının tənzimlənməsi və icrası
- Təchizatçılara dair məlumat bazasının yenilənməsi
- Bank tərəfindən qoyulan qənaət gözləntisinin təmin edilməsi
- Təchizatçılar ilə əlaqələrin tənzimlənməsi
- Satınalma fəaliyyəti, sifariş üzərində iş, digər kargüzarlıq və inzibatçılıq işləri
- Bank tələblərinə uyğunluğun təmin edilməsi üçün təchizatçı və müqavilələrin icrasına nəzarətinin həyata keçirilməsi
- Şöbəyə aid olan bütün tələbləri müvafiq daxili və xarici qaydalara uyğun olaraq yerinə yetirilməsi

Tələb edilən bilik, bacarıq və təcrübə
• Təhsil: İqtisadiyyat, maliyyə, hüquq və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
• İş təcrübəsi: Satınalma və təchizat zəncirinin idarə edilməsi və ya Satış sahəsində minimum 2 il iş təcrübəsi
• Lisenziya/ Sertifikat: Satınalma sahəsi üzrə sertifikata üstünlük verilir/CİPS.
• Xarici dil: İngilis dili (yaxşı), Rus (yaxşı).
• Kompüter bilikləri: sərbəst istifadəçi
• Bazar biliyi: müvafiq kateqoriya üzrə yerli bazarı tanıması tələb olunur.
• Digər: Güclü ünsiyyət bacarığı, işgüzar danışıqlar aparmaq, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Satınalmalar üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et