Risklərin İdarə Edilməsi departamentinin Stress testləşdirmə qrupu üzrə mütəxəssis | Banco.az
Paşa Bank

Risklərin İdarə Edilməsi departamentinin Stress testləşdirmə qrupu üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

Təsvir

İşiniz nədən ibarətdir?

 

  • Statistik modellərin hazırlanmasında və inkşafında birbaşa iştirak;
  • Bankın makroiqtisadi dəyişikliklərə və potensial şoklara dözümlülüyünün qiymətləndirilməsi üçün müxtəlif ssenarilər üzrə stress testlərinin keçirilməsi;
  • Risk göstəricilərinin normativlərə əsasən hesablanması və analizi;
  • IFRS 9 qaydalarına uyğun olaraq bankın kredit portfeli üzrə ehtiyatların Stress test modelə tətbiq edilməsi;
  • Stress testlərinin nəticələrinin makroiqtisadi proqnozlara və statistik nəticələrə uyğun interpretasiyası;
  • Stress test modelin təkmilləşdirilməsi məqsədilə yeni biznes hipotezlərinin statistik test edilməsi və nəticələrə əsaslanan tövsiyyələrin, yeni təkliflərin verilməsi;
  • Stres testləşmə üçün lazımı məlumat bazalarına icazənin təmin edilməsi və ictimaiyyətə açıq rəsmi mənbələrin məlumatlarından istifadə edilməsi;
  • Stress test prosesinin model validasiyası üzrə tapıntıların aradan qaldırılmasına əməl edilməsi və s.

 

Tələblər

Sizdən nə tələb olunur?

 

  • İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Ekonometrika və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
  • Maliyyə sektorunda minimum 2 il iş təcrübəsi;
  • FRM level 1 və ya CFA level 1 sertifikatları arzu olunandır;
  • Data elmi, statistik modelləşdirmə və data analizi üzrə təcrübə;
  • R (tidyverse, datatable, və s.), Python (sklearn, pandas, numpy, və s.), SQL üzrə biliklər arzu olunandır;
  • Mərkəzi Bank, IFRS 9 və digər normativlərə aid biliklər
  • Xarici dil: İngilis dili.

Müraciət üçün daxil olun