Risklərin İdarə Edilməsi Departamentində Monitorinq şöbəsinin mütəxəssisi
Təsvir
Filialların kredit portfelini hesabatlar əsasında təhlil etmək və şübhəli halları aşkar etmək;
Filiallarda verilmiş kreditləri monitorinq etmək və monitorinq olunan kreditlərin keyfiyyətini qiymətləndirmək;
Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
Filiallarda keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Tələblər
Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
Risk sahəsi üzrə sertifikatların olması üstünlükdür;
Təcrübə: Bankda biznes və istehlak kreditləri üzrə minimum 1 illik iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili əla, Rus və Ingilis dilləri yaxşı səviyyədə arzuolunandır;
MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Analitik düşünmə qabiliyyəti;
Bankın filiallarına mütəmadi olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması
Müraciət üçün daxil olun