Risklərin idarə edilməsi departamenti (təcrübə) | Banco.az
Bank of Baku

Risklərin idarə edilməsi departamenti (təcrübə)

Vakansiya haqqında məlumat: 

Risklərin idarə edilməsi departamenti (təcrübə)

Əsas vəzifə və öhdəliklər

o Bankın riskə məruz qalma səviyyəsinin analiz edilməsi və təkliflərin hazırlanmasında iştirak etmək
o Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi prosesində iştirak etmək
o Risklər ilə bağlı daxil olan sorğuların cavablandırılması
o Risklər üzrə hesabatlığın hazırlanması və yenilənməsi prosesində iştirak etmək

Seçim meyarları

o Riyaziyyat, İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
o Azərbaycan dili və İngilis dili bilikləri (Rus dili arzuolunandır)
o MS Office (Word, Excel) ilə işləmək bacarığı 
o Analitik düşüncə tərzi
o Məsuliyyətli, məqsədyönlü, operativ və təşəbbüskar olmaq

İş şərtləri

o İş yeri: Baş İdarə
o İş vaxtı: 5 iş günü, 09:00-18:00

Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində Risklərin idarə edilməsi departamenti (təcrübə) qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et