Riskların monitorinqi bölməsinin baş mütəxəssisi | Banco.az

Riskların monitorinqi bölməsinin baş mütəxəssisi

Namizədlər üçün tələblər: 

Riskların monitorinqi bölməsinin baş mütəxəssisi (Riskların idarə edilməsi departamenti)
Əmək haqqı: 1000-1400 AZN
İşə götürən: Bank Standard
Şəhər: Bakı
İş təcrübəsi:
- Bankda (risklərin idarə edilməsi və korporativ müştərilərin kreditləşdirilməsi), auditor şirkətində (audit və ya konsaltinq sahəsində, vergilər nazirliyində (vergi ödəyicilərinin maliyyə auditi), qiymətləndirmə şirkətlərində iş təcrübəsi.
Namizədə verilən tələblər:
- ali iqtisadi təhsil;
- riskların idarə edilməsi, maliyyə uçotu, qiymətləndirmə fəaliyyəti üzrə peşəkar sertifikatlaşma;
- maliyyə uçotu üzrə baza biliklər;
- daşınmaz əmlak və biznesin qiymətləndirilməsi üzrə biliklər.
- azərbaycan, ingilis və rus dillərinə ixtisas üzrə sənədləri oxuya bilmək səviyyəsində sahib olmaq 
İşin təsnifatı: 
- daxili və xarici amillərin bazası əsasında borcalanın reytinqinin, müştərinin kredit qabiliyyətinin müəyyən edilməsi;
- əsas müştərilərin fəaliyyət göstərdikləri bazarın, eləcə də daşınmaz əmlak bazarının öyrənilməsi
- müstəqil qiymətləndirmə şirkətlərinin nəticələrinin ekspertizası
- planlı və növbədən kənar monitorinqlərin keçirilməsi, şirkətin maliyyə səviyyəsini araşdırmaq üçün monitorinqlər, kredit vasitələrinin istifadəsi və layihələrin yerinə yetirilməsi;