Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi | Banco.az
Azər Türk Bank

Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi

Vakansiya haqqında məlumat: 

Təsvir

Statistik və analitik hesabatların, məlumat modellərinin və qrafik panellərin hazırlanması və yoxlanılması;

İnteqrasiya edilmiş məlumatların dəqiqliyini və ardıcıllığını təmin etmək üçün hərtərəfli sınaqdan keçirilməsi;

İnteqrasiya edilmiş məlumatların yoxlanılması üçün hərtərəfli sınaq ssenarilərinin hazırlanması;

Statistik texnikaları istifadə edərək əhəmiyyətli elementləri saxlamaq şərtilə məlumatları təhlil etmək;

Tətbiq edilmiş model üzrə interpretasiya edilməsi və müvafiq hesabatların hazırlanması;

Skorinq və reytinq modellərinin yenilənməsində və tətbiqində iştirak edilməsi;

Müntəzəm olaraq makroiqtisadi təhlillərin aparılması;

Tələblər

Verilənlərin analitikası, verilənlər bazaları, statistik modelləşdirmə, proqnozlaşdırıcı analitika, yanında satın alma modeli, maşın öyrənməsi və ya məlumat elmi ilə bağlı iş təcrübəsi;

Böyük verilənlərin inkişaf etdirilməsi təcrübəsi və Python (və ya oxşar dillər) və əlaqəli analitika kitabxanaları üzrə praktiki biliklər;

Vizuallaşdırma bacarıqları (Power BI və ya digərləri);

Risk texnologiyaları və modelləşdirmə funksiyası üzrə 3-5 illik iş təcrübəsi;

Analitik bacarıqlar və məlumat bazası (Python) və SQL ilə işləmək bacarığı;

Risk və maliyyə hesabatlığının təhlili;

Statistik və Ekonometrik təhlil;

Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olma;

Peşəkar sertifikatlar arzuolunandır (FRM);

Microsoft Office ailəsinə daxil olan proqramlar (Xüsusən, Excel, PowerPoint və Power BI) – yaxşı səviyyədə bilmək;

Namizədin aşağıdakı ixtisaslar üzrə bakalavr və ya magistr pilləsi üzrə təhsilinin olması arzuolunandır:

Maliyyə / Mühasibatlıq

Risklərin idarə edilməsi

Mexanika – Riyaziyyat

Ekonometrika, Statistika.

 

Müraciət üçün daxil olun

Ən sərfəli krediti almaq üçün müraciət et