Risk Menecmenti Departamentinin Risk texnologiyaları şöbəsində kiçik mütəxəssis/mütəxəssis | Banco.az
Bank Respublika

Risk Menecmenti Departamentinin Risk texnologiyaları şöbəsində kiçik mütəxəssis/mütəxəssis

Vakansiya haqqında məlumat: 

Təsvir

  • Power BI üzrə statistik və analitik hesabatların, məlumat modellərinin və qrafik panellərin hazırlanması;
  • Statistik üsullardan istifadə edərək məlumatların təhlili və hesabatların təqdim olunması;
  • Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatlar hazırlamaq;
  • Gündəlik, aylıq, rüblük hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi.

Tələblər

  • Ali təhsil (İqtisadi, Maliyyə / Mühasibatlıq, Kompüter elmləri, Mexanika – Riyaziyyat, Ekonometrika, Statistika üzrə);
  • Səlis Azərbaycan dili (İngilis dili bilmək üstünlükdür);
  • Verilənlərin analitikası, verilənlər bazaları, statistik modelləşdirmə, proqnozlaşdırıcı analitika və ya data elmi ilə bağlı iş təcrübəsi arzuolunandır;
  • Vizuallaşdırma bacarıqları - Power BI üzrə biliklər zəruridir;
  • Analitik bacarıqlar və məlumat bazası – yaxşı səviyyədə SQL ilə işləmək bacarığı (Python arzuolunandır).
  • Statistika və ekonometrika sahəsində baza biliklərinə nail olması üstünlükdür;
  • Komandada işləmək qabiliyyəti;
  • Analitik təhlil etmə qabiliyyəti. 

Müraciət üçün daxil olun

Ən sərfəli krediti almaq üçün müraciət et