Risk Menecmenti Departamentinin Əməliyyat riskləri və risk hesabatlıq şöbəsində Aparıcı / Baş mütəxəssis | Banco.az
Azər Türk Bank

Risk Menecmenti Departamentinin Əməliyyat riskləri və risk hesabatlıq şöbəsində Aparıcı / Baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

Təsvir

  • Əməliyyat, bazar və likvidlik risklərinin təhlili, icrası və hesabatlığının aparılması
  • Əməliyyat riski çərçivəsinin və siyasətlərinin inkişafı və təkmilləşdirilməsi
  • Rəhbərlik üçün gündəlik, aylıq və rüblük risklərin təhlilinin hazırlanması
  • Bankın yeni məhsulları, limitləri və xidmətlərinin baş verə biləcək risklərə məruz qalma ehtimalının təhlili və onların minimuma endirilməsi və idarə olunması üçün təkliflərin verilməsi
  • Skorinq və reytinq modellərinin qurulmasında və tətbiqində iştirak etmək
  • Vaxtaşırı makroiqtisadi təhlillərin aparılması

Tələblər

  • Ali təhsil (Maliyyə və Mühasibatlıq, Risklərin idarə edilməsi, İqtisadi Kibernetika Mexanika – Riyaziyyat üzrə bakalavr və ya magistr təhsilinin olması arzuolunandır)
  • Səlis Azərbaycan və İngilis dili biliyi
  • Əməliyyat, bazar, kredit və likvidlik riskləri, modelləşdirmə, xəzinədarlıq və ya korporativ maliyyə funksiyası üzrə minimum 3 il iş təcrübəsi
  • Microsoft Office proqramları üzrə biliklər (Xüsusən Excel, PowerPoint və Power BI)
  • Analitik qabiliyyət və məlumat bazası (Python və SQL) ilə işləmək bacarığı
  • Risk və maliyyə hesabatlığının təhlili bacarığı
  • Statistik və Ekonometrik təhlil bacarığı
  • Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olmaq

Müraciət etmək üçün daxil olun: