Risk Menecmenti Departamenti/Əməliyyat və bazar riskləri şöbəsi/Şöbə rəisi | Banco.az
Azər Türk Bank

Risk Menecmenti Departamenti/Əməliyyat və bazar riskləri şöbəsi/Şöbə rəisi

Vakansiya haqqında məlumat: 

Risk Menecmenti Departamenti/Əməliyyat və bazar riskləri şöbəsi/Şöbə rəisi

Təsvir

  • Riskləri müəyyən etmək, qiymətləndirilməsi metodlarını hazırlamaq;
  • Əməliyyat risklərinin idarə edilməsi üzrə təkmil alətləri tətbiq etmək;
  • Əməliyyat risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə etmək
  • Proseslərin təhlili, risk faktorlarının aşkar edilməsi və qiymətləndirilməsi;
  • Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatları toplamaq, təhlillərin həyata keçirilməsi və lazımi hesabatların tərtib olunması üzrə təkliflər verməklə hesabtlığı aparmaq;
  • Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat riskləri müəyyən etmək və təkliflər verilmək;
  • Risklərin idarəedilməsi Direktoruna iş funksiyası ilə bağlı digər vəzifələri yerinə yetirməkdə dəstək;
  • Əməliyyat riski, komplayans və reputasiya riski ilə bağlı məsələlərin və sorğuların xidmətin göstərilməsi;
  • Siyasət və prosedurların qəbul edilməsini, məlumatlandırılmasını və düzgün tətbiq olunmasını təmin edərək əlaqədar tərəflərin təlimatlandırılması, eyni zamanda bu istiqamətdə tövsiyyələrin verilməsi;
  • Maliyyə risklərinin qarşısının alınması və azaldılması üçün qabaqlayıcı və düzəldici tədbirlərə dair fəal şəkildə tövsiyyələrin verilməsi;
  • Bankın likvidlik riskinin idarə edilməsi sisteminin qiymətləndirilməsi, o cümlədən bankın məruz qaldığı əsas likvidlik və maliyyə risklərinin müəyyən edilməsi;
  • Bankın daxili stress testi maliyyə modellərinin təkmilləşdirilməsi və inkişafına dəstək;

Tələblər

  • Maliyyə/Bankçılıq və ya əlaqəli sahələrdə ən azı bakalavr dərəcəsi; (maliyyə və iqtisadi sahədə təhsil üstünlükdür);
  • R, SQL, Python proqramları üzrə biliklərə üstünlük verilir;
  • Analitik təhlil bacarığı;
  • Risk Menecment sahəsində minimum 3 il iş təcrübəsi;
  • FRM və ya CFA sertifikasiyasının mövcudluğu üstünlükdür;
  • Güclü kommunikasiya, danışıqlar aparma və problemlərin həll edilməsi bacarıqları;
  • Güclü analitik düşünmə bacarığı və statistik biliklər;
  • MS Office (Excel, PowerPoint) proqramlarının yüksək səviyyədə biliyi;
  • IFRS alətləri ilə iş təcrübəsi üstünlükdür.

Müraciət et!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et