Rəqəmsal marketinq şöbəsinə SEO üzrə ekspert | Banco.az
ABB

Rəqəmsal marketinq şöbəsinə SEO üzrə ekspert

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC  Marketinq departamentinə Rəqəmsal marketinq şöbəsinə SEO üzrə ekspert vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fər Marketinq departamentinə Rəqəmsal marketinq şöbəsinə SEO üzrə ekspert vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, d di inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

  • Müvafiq veb saytlar üzrə təkmilləşdirmə və optimallaşdırma işlərinin aparılması üçün təhlillərin hazırlanması;
  • Rəqiblərin analizi, sahə üzrə əsas açar sözlərin müəyyənləşdirilməsi və bu sözlər əsasında veb saytların SEO strategiyasının qurulması;
  • SEO uyumlu mətnlərin hazırlanmasına və sayta yerləşdirilməsinə nəzarət;
  • SEO üçün ən yaxşı təcrübələrin düzgün tətbiqi üzrə veb tərtibatçılar və marketinq qrupları ilə işlərin sıx qurulması;
  • "Link Building" strategiyasının qurulması və inkişafı.

Bizim üçün ideal namizəd:

  • SEO və SEM üzrə minimum 1 il iş təcrübəli;
  •  Google Analytics ilə tam şəkildə işləmə bacarığına malik;
  • Strateji düşünmək və problemləri həll etmək qabiliyyətinə malik;
  • Komanda daxilində və müstəqil olaraq işləməyi bacaran;
  • Təşkilatçılıq, vaxtı idarəetmə və analitik bacarıqlara sahib.

Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi  10 iyun 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “SEO üzrə ekspert” şəklində göstərilməsi xahiş edilir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et