Rəqəmsal marketinq (Google/Youtube) üzrə ekspert | Banco.az
ABB

Rəqəmsal marketinq (Google/Youtube) üzrə ekspert

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC  Marketinq departamentinə Rəqəmsal marketinq (Google/Youtube) üzrə ekspert vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 Görəcəyiniz işlər:

  • Lead əsaslı reklam fəaliyyətinin həyata keçirilməsi;
  • Kampaniyaların google və youtube üzrə reklam strategiyasının hazırlanması, inkişafı və nəzarəti;
  • Reklam büdcələrinin idarəedilməsi və nəzarəti;
  • Effektiv bit strategiyasının tətbiq edilməsi;
  • Web kanallar üzrə istifadəçi datalarının toplanması, hədəf auditoriyalarının yaradılması, satış qıfının (sales funnel) yaradılması və uyğun olaraq retargeting strategiyasının qurulub tətbiq edilməsi;
  • Reklamlar üzrə aylıq hesabatların tərtibi və nəzarəti.        

Bizim üçün ideal namizəd:

  • Rəqəmsal marketinq sahəsində minimum 3 il iş təcrübəsi olan;
  • Google Display Network üzrə mükəməl bilikllərə sahib olan (əsasən dynamic retargeting, conversion əsaslı reklamların qurulması üzrə);
  • Google Search üzrə mükəmməl bilikləri olan;
  • SEO prinsiplərinə və alqoritmləri üzrə fundamental bilikləri olan;
  • Google Analytics üzrə bilikləri olan;
  • Google Tag manager üzrə təcrübəli;
  • Son 1 ildə minimum 200K reklam büdcəsinin idarə oluması təcrübəsinə malik olan şəxsdir;
  • Google Analytics, Google Search və Google Display Network üzrə sertifikatı olanlara üstünlük veriləcək.

Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi  15 aprel 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Rəqəmsal marketinq (Google/Youtube) üzrə ekspert” şəklində göstərilməsi xahiş edilir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et