Rəqəmsal bankçılıq xidmətləri üzrə Menecer | Banco.az
PAŞA Bank

Rəqəmsal bankçılıq xidmətləri üzrə Menecer

Vakansiya haqqında məlumat: 

“PAŞA Bank” ASC Korporativ İnstitusional Bankçılıq Departamentinin, Nəğd Vəsaitlərin İdarə edilməsi Şöbəsində Rəqəmsal bankçılıq xidmətləri üzrə menecer vakansıyasına işəqəbul elan edir.

İŞİN TƏSVİRİ

• PAŞA Bankın təqdim etdiyi xidmətlərin Rəqəmsal Bankçılıq kanalı üzrə həyata keçirilməsi, eləcə də sırf Rəqəmsal bankçılıq kanalına məxsus məhsullar üzrə məsul olması
• Rəqəmsal Bankçılıq məhsullarının gəlirliliyinin təhlil edilməsi,  xərclərin optimallaşdırılması, müştərilərin əməliyyatlarının Kağız daşıyıcıları üzərindən Rəqəmsal kanala keçirilməsinin təminatı, yeni rəqəmsal kanal məhsullarının inkişaf etdirilməsi
• Bank Sistemlərinin İnkişafı funksiyası və digər məhsul menecerləri ilə birlikdə bank xidmətlərinin Rəqəsmal Bankçılıq kanalı üzrə təqdim edilməsinin təşəbbüskarı olmaq
• Rəqəmsal bankçılıq kanalı ilə əlaqəli təqdimatların, tədris materiallarının hazırlanmasında dəstək olması, broşurların, təlimatların və yeni xidmətlə əlaqəli digər vəsaitlərin təşkil edilməsi
• Rəqəmsal Bankçılıq məhsulları ilə əlaqəli dövrü olaraq təqdim edilən hesabatların tədqiq edilməsi, istər Müştəri seqmentləri, istərsə də biznes mərkəzlərinə göstəriciləri kommunikasiya edərək satışın artırılmasına dəstək göstərməsi
• Məhsulun inkişafı tələb olunan təqdirdə aidiyyəti bölmələr ilə tələb olunan texniki sənədlərin hazırlanması və testlərin həyata keçirilməsinin təmin edilməsi
• Məhsulların Mərkəzi Bankın qaydalarına və Beynəlxalq ödəniş sistemlərinin qaydalarına uyğun olmasının təmin edilməsi eləcə də, Qlobal və Regional bazarda yeni rəqəmsal məhsullar haqqında məlumatın təqdim edilməsi və qərar qəbul edilməsində təşəbbüskar olması
• Rəqəmsal Bankçılıq məhsulları üzrə müştərilərlə fəaliyyətdə olması, yeni müştərilərin cəlb edilməsi prossesinə qoşulması

TƏCRÜBƏ

• İnternet Bank və ya Mobil Bank xidmətləri ilə iş təcrübəsi, 
• Rəqəmsal Bankçılıq məhsulları ( o cümlədən ecommerce) üzrə iş təcrübəsi, 
• Ödəniş və Köçürmələrlə iş təcrübəsi, (əlavə olaraq Rəqəmsal marketinq sahəsi üzrə fəaliyyət göstərməsinə üstünlük verir)
• Göstərilən sahə üzrə 2 illik iş təcrübəsi

TƏLƏB OLUNAN XÜSUSİYYƏTLƏR

• Ali təhsil;
• Azərbaycan və ingilis dillərini mükəmməl səviyyədə bilməli;
• Ofis Proqramlarından əla istifadə etmək bacarığı;
• İnternet Bank, Məhsul idarəetmə, Rəqəmsal marketing biliklər;
• Məhsul inkişafı, Layihə idarəetmə bacarıqları;
• ERP və Mühasibatlıq sistemləri barəsində məlumatlı olması.

Namizədlərin müraciətləri 15 avqust 2016-cı il tarixinə qədər [email protected] ünvanına göndərilməlidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Rəqəmsal bankçılıq xidmətləri üzrə Menecer) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.