Regional Hüquq Məsləhətçisi (Masallı filialı) | Banco.az

Regional Hüquq Məsləhətçisi (Masallı filialı)

Vakansiya haqqında məlumat: 

Masallı filialı üçün Regional Hüquq Məsləhətçisi (Masallı və Lənkəran regionu üzrə) 

Əsas vəzifə öhdəlikləri

∙ Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Təşkilatı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
∙ Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Təşkilata qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması; 
∙ Təşkilat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin hazırlanması
∙ Təşkilatın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq təşkilatdaxili normativ sənədlərin hazırlanması, sənədlərə dair hüquqi rəylərin verilməsi;
∙ İcra işləri üzrə İcra məmurları ilə işləmək;
∙ Rəsmi yazışmaları təmin etmək;
 
Namizədə dair tələblər

∙ Hüquq sahəsində ali  təhsilinin olması;
∙ Masallı və Lənkəran şəhərində yaşayanlara üstünlük verilir. İş yeri - Masallı filialıdır;
∙ Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
∙ Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
∙ Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
∙ Kompyuter bilikləri;
∙ Yüksək qavrama və öyrənmə qabiliyyəti;
∙ İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
∙ Bank sektorunda hüquqi işin, o cümlədən,  məhkəmə işlərinin aparılması  təcrübəsinə malik olan, şəxslərə üstünlük verilir.

CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə CV-lər nəzərdən qaça bilər!

Şirkət: 
KredAgro CJSC