“Qusar” filialının kassiri | Banco.az
Xalq Bank

“Qusar” filialının kassiri

Vakansiya haqqında məlumat: 

 

Bankın “Qusar” filialının kassiri

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
• Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
• Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompyuter bilikləri.

İŞİN TƏSVİRİ:

• Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq kassa əməliyyatlarının aparılması;
• Əməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması;
• Nağd vəsaitlərin çeşidlənməsi;
• Bankomatların yüklənilməsi və boşaldılması.

Tələblərə uyğun olan namizədlərdən  "Mövzu" qismində müraciət edilən vakansiyanın adının qeyd olunmaq şərti ilə “Xalq” Bankın CV formasını dolduraraq [email protected] mailinə göndərmələri tələb olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et