Qeyri-kredit məhsullarının satışının təşkili şöbəsini müdiri | Banco.az

Qeyri-kredit məhsullarının satışının təşkili şöbəsini müdiri

Vakansiya haqqında məlumat: 

 

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda "Pərakəndə biznes məhsullarının satışı departamentində Qeyri-kredit məhsullarının satışının təşkili şöbəsini müdiri"   vakansiyasını elan edirik.

Öhdəliklər:

  • Rəhbərlik tərəfindən qoyulmuş satış hədəflərinin yerinə yetrilməsi üçün uyğun siyasətin işlənib hazırlanması;
  • Əməliyyatçıların, kassa əməkdaşlarının, ofis menecerlərin və şöbədaxili əməkdaşların seçilməsi, işə qəbul olunması, yerləşdirilməsi və işdən azad olunması;
  • Təliş işlərinin təşkili və aparılması ilə bağlı uyğun planın təşkili;
  • Tədris proqramlarının yaradılması və testlərin hazırlanmasının təşkili;
  • Əməliyyatçıların, kassa əməkdaşlarının və ofis menecerlərinin hədəflərinin müəyyən edilməsi, qoyulan hədəflərin yerinə yetirilməsinə nəzarət olunması və monitorinqlərin aparılması;
  • Qeyri-kredit portfeli üzrə zəruri hesabatların aparılması;
  • Şöbə üzrə təyin edilmiş fəaliyyət göstəricilərin icrası;
  • Bonus sisteminin hazırlanması;
  • Satışla bağlı Marketinqə təkliflərin verilməsi;
  • Satışın aparılmasına dair təkliflərin verilməsi;
  • Əməliyyatçıların, kassa əməkdaşlarının, ofis menecerlərin və şöbədaxili əməkdaşların məzuniyyət planlaşdırılmasına nəzarət;
  • Əməliyyatçıların, kassa əməkdaşlarının, ofis menecerlərin vəzifə və əməkhaqqı məsələlərini təşkil etmək və ya əksinə hədəfləri vurmayan və işini düzgün aparmayan əməkdaşlara tədbirlərin görülməsi;
  • Şöbənin əməkdaşlarının işinə nəzarət etmək.
     

Tələblər:

  • Bankın dəyərlərinə uyğun işlərin təşkili;
  • Ali təhsil;
  • 3 ilə qədər rəhbər vəzifədə iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi, AR Mərkəzi Bankının filialların və kredit təşkilatlarının bölmələrinin fəaliyyət məsələləri üzrə normativ sənədləri, əmək qanunvericiliyi haqda bilik;
  • Maliyyə və mühasibatlıq hesabatları üzrə biliklər, onları təhlil etmək və kollegial orqanlara təqdim etmək üçün zəruri analitik hesabatların hazırlanması bacarığı;
  • Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik;
  • MS office və Bank proqramları (GNI və s.) üzrə yüksək biliklər.
  • Yüksək səviyyədə rus dili biliyi, İngilis dili arzuolunandır;
  • Yüksək dərəcədə analitik qabiliyyət;
  • Səmərəli ünsiyyət bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik;

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Əmək qanunvericiliyinə uyğun iş şəraiti;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Namizədlər elektron poçtun “mövzu” yerinə “RET-099” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
Yelo bank

Ən sərfəli krediti almaq üçün müraciət et