Qeyri kredit inzibatlaşdırılması şöbəsinin müdiri | Banco.az
YeloBank

Qeyri kredit inzibatlaşdırılması şöbəsinin müdiri

Vakansiya haqqında məlumat: 

 

Qeyri kredit inzibatlaşdırılması şöbəsinin müdiri

Tələblər:

  • Ali təhsil ;
  • Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • İngilis və ya rus dili biliyi;
  • MS office: Excel, PowerPoint mükəmməl bilmək;
  • Analitik qabiliyyət və işgüzar fəallıq;
  • Liderlik və idarəetmə qabiliyyəti;
  • İdarəetmə bacarıqları ;
  • Səmərəli ünsiyyət qurmaq bacarığı;
  • Komanda ilə işləmə və qərar qəbul etmə qabiliyyəti;
  • İşlərini planlaşdırma bacarığı;
  • Məsuliyyətlilik.

 

Vəzifə öhdəlikləri :

·                  Bütün Satış nöqtələrinin bank proqramlarında, təsdiq edilmiş limitlərə uyğun kağız daşıyıcılarında müştəri hesabların açılmasına, depozit və kredit əməliyyatlarına, ödənişlərə nəzarət və avtorizasiya.

·                  Maliyyə nəzarəti çərçivəsində MD satış nöqtələrinin əməliyyat xidmətinin mütəxəssisləri ilə qarşılıqlı əlaqənin təşkili, nəzarəti və koordinasiyası və məsələlərin baxılmaq üçün rəhbərliyə təqdim edilməsi.

·                  Növbəti nəzarət və avtorizasiyanı tələb edən bütün əməliyyatların SN-də təsdiqi.

·                  Müştərilərin xidməti ilə bağlı əməliyyatların mühasibat uçotunda əks etdirməsinə nəzarət.

·                  Valyuta rejiminin riayətinə nəzarət.

·                  İdxal-ixrac əməliyyatlarına nəzarət etmə və filialardan gələn gömrük bəyannamələrin Hökümət portalına yüklənməsi.

·                  İxrac müqavilələri üzrə gündəlik əməliyyatların izlənməsi və nəzarəti.

·                  İdxal-ixrac müqaviləsi ilə işləyən müştəri bazasının formalaşdırması üzrə məsul şəxs.

·                  İdxal-ixrac əməliyyatları ilə bağlı hesabatların vaxtında Palataya və rəhbərliyə təqdim olunması üzrə məsul şəxs.

 

CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Qeyri kredit inzibatlaşdırılması şöbəsinin müdiri)qeyd edərək, cv@nikoil.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et