QA tester | Banco.az
ABB

QA tester

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC Rəqəmsal innovasiyaların tətbiqi departamentinin  Rəqəmsal həllərin mühəndisliyi şöbəsinə QA tester vakansiyasını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

Vəzifə öhdəlikləri:

  • QA test şərtlərinin hazırlanması;
  • Squadların test strategiyasını tətbiq edilməsi, zəruri testlərin avtomatlaşdırılmasını təmin edilməsi və lazım gəldikdə squad üzvlərinə zəruri təlimlərin verilməsi;
  • Hər bir görülmüş iş üçün avtomatlaşdırılmış testlərin yazılmasının təşkili və testlərin keyfiyyətinə nəzarət edilməsi;
  • Agile idarəetmə sistemində işləmək bacarığının olması;
  • Hazırlanmış testlərin yenilənməsinin təşkil edilməsi

Bilik, bacarıq və təcrübə:

  • QA tester və/və ya proqramçı vəzifəsi üzrə 3 ildən artıq iş təcrübə;
  • TDD, BDD, functional testing, manual testing, test automation üzrə biliklər;
  • Test avtomatlaşdırma platformaları üzrə biliklər ( məs.  Selenium, TestNG, Junit, Appium, Soap Uİ və s.)
  • Mobile Tətbiqlərin avtomatlaşdırlmış test platformaları üzrə biliklər ( məs.Espresso, Robolectric, Junit, Mockito, Harmcrest, Vebmockserver və s.)
  • Cİ/CD, Devops pipeline üzrə biliklər
  • Git üzrə biliklər
  • Veb servislərin test edilməsi üzrə biliklər
  • Veb servislərin keyfiyyətinin yoxlanması üzrə biliklər
  • Mobil tətbiqlərin stabilliyinin yoxlanılması, Crash Reposting, Performance monitoring üzrə biliklər
  • Bug tracking üzrə biliklər

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  1 may  2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “QA tester” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et