Bank Respublika
Pulların leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə departamentinin(PL/TMM) mütəxəssisi
Vakansiya haqqında məlumat:
Təsvir
- Müştəri profilinin yaradılması zamanı Öz Müştərini Tanı (KYC) prosedurlarının düzgün tətbiq olunmasına nəzarət edilməsi;
- PL/TMM proqram təminatında müştəri profilinin sanksiya siyahıları ilə uyğunluq dərəcəsinin araşdırılması, eyniləşdirmə/verifikasiya tədbirlərinin tətbiq edilməsi;
- PL/TMM proqram təminatında müştərilərin ölkədaxili və transsərhəd ödənişlərinin gündəlik əsasda yerli və beynəlxalq sanksiya siyahıları ilə uyğunluğunun araşdırılması, ödənişlərin icrasına dair rəylərin verilməsi;
- Maliyyə Monitorinq Xidmətinə gündəlik əsasda hesabatların hazırlanması;
- PL/TMM şöbəsinin fəaliyyəti ilə əlaqəli filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi;
- Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM şöbəsinə daxil olan sorğuların, müraciətlərin bankdaxili PL/TMM haqqında qaydalarla uyğunluğunun araşdırılması və cavablandırılması.
Tələblər
· Ali təhsil (Maliyyə, iqtisadiyyat üzrə təhsil);
· Bank sahəsində ən azı 1-2 illik iş təcrübəsi;
· Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə;
· Kompüter bilikləri: Microsoft Office Excel - yaxşı səviyyədə;
· Bank fəaliyyətini tənzimləyən normativ qaydaların tələbləri üzrə biliklər;
· Araşdırma və təhlil üçün tələb olunan məlumatı toplama bacarığı;
· Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
· Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
· Məsuliyyətlilik və təşəbbüskarlıq.
Müraciət üçün daxil olun