Pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə şöbəsinə Aparıcı və Başmütəxəssis | Banco.az
ABB

Pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə şöbəsinə Aparıcı və Başmütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASCMaliyyə monitorinqi və komplayns departamentinin Pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə şöbəsinə Aparıcı və Baş mütəxəssis vakansiyalarını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

  • Açılan hesabların monitorinqi, rəylərin verilməsi;
  • Müştəri əməliyyatlarının monitorinqi;
  • Qeyri-adi, iri məbləğli əməliyyatların təhlili, şübhəli əməliyyatların aşkar edilməsi ;
  • Müştəri əməliyyatlarının PL/TMM, Valyuta rejiminin və "Nağdsız hesablaşmalar haqqında" AR Qanununun  tələblərinə uyğunluğunun yoxlanılması;
  • AR Maliyyə Bazarlarına Nəzarət Palatasına və AR Maliyyə Monitorinqi Xidmətinə təqdim olunan hesabatların tərtib edilməsi.

Bizim üçün ideal namizəd:

  • İqtisadiyyat və ya hüquq üzrə ali təhsili olan;
  • Müştərilərə xidmət sahəsində 1 ildən artıq iş təcrübəsi olan;
  • Ofis proqramlarında sərbəst iş bacarığı olan;
  • BPM, Bİ, Flexcube və s bank proqramlarında sərbəst iş bacarığı olan;
  • Analtik Təhlil bacarığı olan;
  • Probləmləri həlletmə bacarığı olan;
  • Azərbaycan dilini yüksək, rus və ingilis dillərini orta səviyyədə bilən.

 

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi  10 dekabr 2019-cu il  tarixinədək [email protected]elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et