Azər Türk Bank
Prosessinq Mərkəzinin Əməliyyat və kartların emissiyası şöbəsində kiçik mütəxəssis
Vakansiya haqqında məlumat:
Təsvir
- Bankın xidmət strukturlarından qəbul olunmuş sifarişləri qısa zamanda icra etmək;
- Şöbəyə daxil olan müraciətləri dərhal qəbul etmək, qısa zaman ərzində araşdırıb cavablandırılmasını və ya həllini təmin etmək;
- Bankın kart emissiyası fəaliyyəti haqqında periodik hesabatlar hazırlayıb, təqdim etmək;
- Sifariş edilmiş kartlar haqqında hər günün sonunda birbaşa rəhbərinə hesabat təqdim etmək;
- Struktur bölmələr tərəfindən daxil olmuş bütün növ rəsmi müraciətlərin təyinatına uyğun olaraq qovluqlarda saxlanılmasını təmin etmək və arxivləşdirmək;
- Kart emissiyası sahəsində ödəniş sistemlərinin qaydalarının yerlərdə düzgün tətbiq olunmasına nəzarət etmək;
- İş prosesində meydana çıxan digər işlərin görülməsini təmin etmək.
Tələblər
- Ali təhsil;
- Səlis Azərbaycan dili, yaxşı səviyyədə xarici dil (ingilis dili və ya rus dili) biliyinin olması;
- MS Office kompüter proqramlarında işləmək qabiliyyəti;
- Komandada işləmək qabiliyyəti;
- Analitik təhlil etmə qabiliyyəti.
Müraciət üçün daxil olun