Proqram təminatlarının dəstəklənməsi üzrə mütəxəssis | Banco.az
ABB

Proqram təminatlarının dəstəklənməsi üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Azərbaycan Beynəlxalq Bankı İnfrastruktur və əməliyyatlar departamentinə proqram təminatlarının dəstəklənməsi üzrə mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Sistemlərdə yaranan problemlərin araşdırılması və həlli;
  • Sistem xəbərdarlıqların və avadanlıq nasazlıqlarının monitorinqi;
  • Sorğuların “SLA” -ə uyğun icrası;
  • Rəhbərliyə insidentlərlə bağlı hesabatların hazırlanması;
  • 24/7 iş rejimində baş verən hadisələri izlənilməsi.

 

Bizim üçün uyğun namizəd:

  • Monitorinq sistemləri ilə iş təcrübəsinə sahib (Zabbix, Dynatrace və s.);
  • Şəbəkə və server avadanlıqları ilə tanış;
  • Sahə üzrə minimum bir il iş təcrübəsinə sahib;
  • CISSP, MCIPT, MCTS, Cisco üzrə sertifikatlara sahib (arzuolunandır).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Proqram təminatlarının dəstəklənməsi üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.ibar.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et