Proqram təminatları şöbəsinə mütəxəssis (System Administrator) | Banco.az
Bank Respublika

Proqram təminatları şöbəsinə mütəxəssis (System Administrator)

Vakansiya haqqında məlumat: 

Təsvir

·       IT İnfrastrukturun (server, iş stansiyaları, avadanlıq və proqram təminatı) fasiləsiz fəaliyyətini təşkil və təmin etmək;

·       Server və iş stansiyalarına proqram təminatının yüklənməsi və serverdə sistemin konfiqurasiya olunması;

·       Server və iş stansiyalarına proqram təminatının inteqrasiyasını təmin etmək;

·       Server avadanlıqlarına və server proqram təminatına texniki xidmət göstərmək, nasazlıqların aradan qaldırılmasında iştirak etmək;

·       Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasını təmin etmək, monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bağlı təkliflər hazırlamaq;

·       Server proqram təminatının işlək vəziyyətdə olması və təhlükəsizliyini təmin etmək;

·       Sistemlərə girişlərin, sistem faylları, verilənlərə baxış və dəyişikliklərin təhlükəsizliyini təmin etmək və audit aparmaq;

·       Sistemlərdə təhlükəsiz işi təmin etmək: məlumatlara icazəsiz girişlərin əldə edilməsi, sistem faylları, verilənlərin baxılması və dəyişdirilməsi hallarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini həyata keçirmək;

·       Müasir tələblərə uyğun backup texnologiyalarını tətbiq etməklə verilənlərin etibarlı rezerv olunmasını təmin etmək;

·       İstifadəçilərin qeydiyyatının aparılması (domain controller-də), user identifikasiya və parolların təyin edilməsi.

 

Tələblər

·       Ali təhsil (aidiyyatı sahə üzrə arzuolunandır);

·       Sahə üzrə minimum 1 il iş təcrübəsi;

·       Dil bilikləri: Azərbaycan dili əla, İngilis və Rus dilləri yaxşı səviyyədə arzuolunandır;

·       Storage, Backup sistemləri üzrə biliklər;

·       Linux və Windows serverlər, VMware, Nutanix, AIX, Mail Server, SCCM və s. üzrə ilkin biliklər;

·       Windows server, Linux əməliyyat sistemlərinin idarə olunması;

·       Monitorinq sistemləri üzrə biliklər;

·       Ödəniş sistemləri üzrə biliklər;

·       Tiket sistemləri (Jira, Zoho və s.) ilə iş təcrübəsi.

Müraciət üçün daxil olun