Proqram təminatı şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi | Banco.az
Bank Respublika

Proqram təminatı şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

“Bank Respublika” ASC Proqram təminatı şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi (DevOps) vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Cİ/CD proseslərinin tətbiqi, prakitiki billiklər;
  • Monitorinq sistemləri ilə işləmə bacarıqları;
  • Mikroservis arxitekturalı sistemdə avtomatlaşdırılma və xətaların aradan qaldırılması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (aidiyyatı sahə üzrə);
  • Aidiyyatı sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
  • Linux ƏS-ri sistemləri üzrə geniş administrasiya bilikləri və iş təcrübəsi;
  • DevOps Tools Docker,GitLab,CI/CD, Ansible texnologiyaları üzrə geniş biliklər və iş təcrübəsi;
  • Scripting - Bash;
  • Virtualization – VmWare, VirtualBox;
  • Azərbaycan dili (əla), Rus dili (yaxşı) və İngilis dili (orta);
  • Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 yanvar 2023-cü il tarixinədək email-in mövzu hissəsində Proqram təminatı şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et