Problemli kreditlər/ekspert (Şəki, Şirvan, Xaçmaz, Gəncə)
Şəhər - Gəncə
Yaş - minimum 22 yaş
İş təcrübəsi - 1 ildən 3 ilə qədər
Telefon - (012) 447-00-55
E-mail - [email protected]
İş barədə məlumat
- Bilavasitə özünə təhkim olunan portfeli yüksək keyfiyyətlə təqib edir və icraatında olan işlər üzrə görülmüş tədbirlərin qeydlərini aparır
- Gecikən kredit borclarının ödənilməsinin təmin edilməsi istiqamətində qanunvericiliyə, bankdaxili korporativ aktlara və müştəri ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tədbirlər görür
- Müştəri, zamin və s. aidiyyatı şəxslərin ünvanlarına, iş yerlərinə xəbərdarlıqlar və bildirişlər göndərir
Namizədə tələblər
- Təqib/yığım sahəsində iş təcrübəsi min 1 il (problemli borclar, əhali/müştəri ilə iş, gecikdirmələr üzrə iş)
- Səlis nitq qabiliyyəti
- İnandırma qabiliyyəti
- Fəal, stressə davamlı, inadkar, məqsədyönlü
- Azərbaycan dili biliyi - əla
MS Office proqramlarında işləmək bacarığı
Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini Azərbaycan dilində [email protected] ünvanına göndərə bilərlər. Xahiş edirik, e-mail göndərərkən Mövzu hissəsində PKD və regionun adını yazmağı unutmayasınız.