Problemli kreditlər üzrə operator | Banco.az
Bank Respublika

Problemli kreditlər üzrə operator

Vakansiya haqqında məlumat: 

 

Bank Respublika ASC Problemli kreditlər üzrə operator vakansiyasını elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Gecikmədə olan kredit portfelləri üzrə müştərilərlə əlaqə yaradılması;
  • Problemli kredit portfelləri ilə əlaqədar zəruri hesabatların hazırlanması;
  • Problemli kredit portfelləri ilə əlaqədar sənədləşmə işlərinin təşkili.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  •  Aidiyyati sahə üzrə 6 ay iş təcrübəsi arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
  •  Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 avqust 2022-ci il tarixinədək email-in mövzu hissəsində Problemli kreditlər üzrə operator qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et