Bank Respublika
Problemli istehlak kreditləri ilə iş üzrə mütəxəssis
Vakansiya haqqında məlumat:
“Bank Respublika” ASC Problemli istehlak kreditləri ilə iş üzrə mütəxəssis vakansiyasını elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Təhkim edildiyi filialların problemli kreditlər üzrə müştərilərilə işi təşkil etmək;
- Problemli kreditlər üzrə müştərilər və onların ailə üzvləri ilə görüşləri təşkil etmək;
- Məhkəməyə qədər borcu qaytarmayan müştərilərin faktiki yaşayış ünvanlarını müəyyən etmək;
- Problemli kreditlər üzrə müştərilərlə aparılan işlər üzrə müvafiq hesabat cədvəlində qeydlər aparmaq.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Problemli kreditlər üzrə müştərilərlə iş üzrə minimum 1 il təcrübə;
- Kreditləşmə, maliyyə və hüquq sahəsində təcrübəsi olanlara üstünlük verilir;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Məsuliyyətlilik, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24 avqust 2023-cü il tarixinədək emailin mövzu hissəsində Problemli istehlak kreditləri ilə iş üzrə mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.