PL/TMM şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi | Banco.az
Bank Respublika

PL/TMM şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank Respublika ASC PL/TMM şöbəsinin (Pulların leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə) mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • PL/TMM proqram təminatında müştərilərin bank əməliyyatlarının gündəlik əsasda monitorinq olunması, qeyri-adi, şübhəli maliyyə əməliyyatlarının aşkar edilməsi və araşdırılması;
  • PL/TMM proqram təminatında müştərilərin ölkədaxili və transsərhəd ödənişlərinin gündəlik əsasda araşdırılması və bankdaxili qaydalarla uyğunluğunun yoxlanılması;
  • Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM şöbəsinə daxil olan sorğuların, müraciətlərin bankdaxili qaydalara uyğunluğunun araşdırılması və cavablandırılması;
  • Müştərilərin bank əməliyyatları haqqında şöbəyə daxil olan sorğularının cavablandırılması;
  • PL/TMM şöbənin fəaliyyətinə aid sahələr üzrə filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi;
  • PL/TMM sahəsi üzrə biznes proseslərin inkişaf etdirilməsi və bankdaxili layihələrdə iştirak edilməsi;
  • Şöbənin fəaliyyətinə dair nəzarət orqanları və rəhbərlik üçün müxtəlif analitik hesabatların hazırlanması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
  • Bank sahəsində ən azı 1-2 illik iş təcrübəsi (Əməliyyat sahəsində iş təcrübəsinin olması arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə;
  • Kompüter bilikləri: Microsoft Office Excel - yaxşı səviyyədə;
  • Bank fəaliyyətini tənzimləyən normativ qaydaların tələbləri üzrə biliklər;
  • Araşdırma və təhlil üçün lazım olan məlumatları toplama bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq və novatorluq;
  • PL/TMM sahəsi ilə əlaqəli yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 avqust 2023-cü il tarixinədək, email-in mövzu hissəsində PL/TMM şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et