PL/TMM şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi | Banco.az
Bank Respublika

PL/TMM şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Bank Respublika ASC PL/TMM şöbəsinin (Pulların leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə) mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • PL/TMM proqram təminatında müştərilərin bank əməliyyatlarının gündəlik əsasda monitorinq olunması, qeyri-adi, şübhəli maliyyə əməliyyatlarının aşkar edilməsi və araşdırılması;
  • PL/TMM proqram təminatında müştərilərin ölkədaxili və beynəlxalq ödənişlərinin gündəlik əsasda araşdırılması və bankdaxili qaydalara uyğunluğunun yoxlanılması;
  • Müştərilərin qəbulu və hesabların açılması zamanı müştəri profilinin Öz Müştərini Tanı (KYC) bankdaxili prosedurlara uyğunluğunun yoxlanılması;
  • Əməliyyatların avtomatlaşdırılmış monitorinqi üçün şübhəlilik indikatorları əsasında proqram təminatında biznes ssenarilərin yazılması, sistemin monitorinq imkanlarının inkişaf etdirilməsi;
  • PL/TMM şöbəsinin fəaliyyəti ilə əlaqəli filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi;
  • Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM şöbəsinə daxil olan sorğuların, müraciətlərin bankdaxili qaydalara uyğunluğunun araşdırılması və cavablandırılması;
  • PL/TMM sahəsi üzrə biznes proseslərin inkişaf etdirilməsi və bankdaxili layihələrdə iştirak edilməsi;
  • Müxbir bank və digər maliyyə institutlarından Rus və İngilis dillərində daxil olan sorğuların cavablandırılması;
  • Şöbənin fəaliyyətinə dair nəzarət orqanları və rəhbərlik üçün müxtəlif analitik hesabatların hazırlanması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil - maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil;
  • Bank sahəsində ən azı 1,5-2 illik iş təcrübəsi (Bankın əməliyyat və ya plastik kartlar sahəsində iş təcrübəsinin olması arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə arzuolunandır;
  • Kompüter bilikləri: Microsoft Office Excel - yaxşı səviyyədə, SQL biliklərinə üstünlük verilir;
  • Bank fəaliyyətini tənzimləyən normativ qaydaların tələbləri üzrə biliklər;
  • PL/TMM sahəsi üzrə yerli qanun və normativ qaydalar üzrə biliklər;
  • PL/TMM sahəsi üzrə iş təcrübəsi, yerli və ya beynəlxalq sertifikatların olması əlavə üstünlükdür;
  • Araşdırma və təhlil üçün lazım olan məlumatları toplama bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq və novatorluq;
  • PL/TMM sahəsi ilə əlaqəli yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 avqust 2022-ci il tarixinədək, email-in mövzu hissəsində PL/TMM şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et