PL/TMM şöbəsinin mütəxəssisi | Banco.az
Bank Respublika

PL/TMM şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

PL/TMM şöbəsinin mütəxəssisi

Departament: Əməliyyatlara nəzarət departamenti

Namizəddən tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan, ingilis və rus dilləri (əla səviyyədə);
  • Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
  • İT sahəsində minimal biliklərin olması arzuolunandır;
  • Bank fəaliyyətini tənzimləyən qanun və normativləri bilməsi arzuolunandır;
  • İş təcrübəsi: PL/TMM sahəsi üzrə arzuolunandır;
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Vəzifə borcları

  • Müştəri profilinin və əməliyyatlarının analitikası;
  • Xüsusi proqram təminatında “ssenarilərin” yazılması;
  • Əməliyyatlar üzrə monitorinqlərin aparılması;
  • Müxbir bank və digər maliyyə institutlarından rus və ingilis dillərində daxil olan sorğuların cavablandırılması;
  • Müxbir bank və digər maliyyə institutları ilə rus və ingilis dillərində yazışmaların və telefon danışıqlarının aparılması;
  • Nəzarət orqanları və rəhbərlik üçün müxtəlif hesabatların hazırlanması.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər və yaxud müraciət etmək üçün şəxsi kabinetə daxil ola və ya qeydiyyatdan keçə bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et