PL/TMM şöbəsinin kiçik mütəxəssisi | Banco.az
Bank Respublika

PL/TMM şöbəsinin kiçik mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Bank Respublika ASC PL/TMM şöbəsinin kiçik mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Müştəri əməliyyatlarının monitorinqinin aparılması, qeyri-adi və şübhəli əməliyyatların aşkar edilməsi, araşdırılması;
  • PL/TMM proqram təminatında müştəri profilinin və bank əməliyyatlarının təhlilinin aparılması;
  • PL/TMM proqram təminatında monitorinq təyinatlı “biznes ssenarilərin” yazılması;
  • Müxbir bank və digər maliyyə institutlarından rus və ingilis dillərində daxil olan sorğuların cavablandırılması, yazışmaların və şifahi danışıqlarının aparılması;
  • Müştəri hesablarının açılması zamanı Müştərini Tanı (KYC) prosedurlarının düzgün aparılmasına nəzarət edilməsi;
  • PL/TMM şöbənin fəaliyyətinə aid olan sahələr üzrə filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi;
  • Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM şöbəsinə daxil olan sorğuların cavablandırılması;
  • Şöbənin fəaliyyətinə dair nəzarət orqanları və rəhbərlik üçün müxtəlif hesabatların hazırlanması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
  • Komputer bilikləri: Microsoft Office (Outlook, Word, Excel, PowerPoint), Notepad++;
  • Bank fəaliyyətini tənzimləyən qanun və normativlər üzrə biliklər arzuolunandır;
  • Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Məsuliyyətlilik;
  • Təşəbbüskarlıq və novatorluq;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 08 iyul 2022-ci il tarixinədək email-in mövzu hissəsində PL/TMM şöbəsinin kiçik mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et