Pərakəndə Bankçılıq üzrə Baş mütəxəssis | Banco.az
ABB

Pərakəndə Bankçılıq üzrə Baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“Azərbaycan Beynəlxalq Bankı” Transformasiya Ofisinə Pərakəndə Bankçılıq üzrə Baş mütəxəssis vakansiyasını açıq elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

  • Pərakəndə Bankçılıq sahəsində strateji təşəbbüslər üzrə məsul şəxslərə (initiative owner) dəstək olmaq;
  • Beynəlxalq məsləhətçilərlə birgə strateji təşəbbüslərin tətbiqində iştirak etmək;
  • Pərakəndə Bankçılıq sahəsində strateji təşəbbüslərin həyata keçirilməsini koordinasiya etmək, icrasını izləmək, müvafiq hesabatlar və təqdimatlar hazırlamaq;
  • Strateji təşəbbüslərin icrası zamanı yaranan risk və əngəlləri müəyyən etmək, təhlilini aparmaq və onların aradan qaldırılması və ya minimallaşdırılması üçün təkliflər vermək

Profil tələbləri:

  • Ünsiyyət və təqdimat bacarıqları;
  • Yüksək səviyyədə İngilis və Azərbaycan dilində yazmaq və danışmaq qabiliyyəti;
  • Komandada iş bacarıqları;
  • Güclü analitik düşüncə, strukturlaşdırma və rəqəmlərlə iş qabiliyyəti;
  • Monitorinq və qiymətləndirmə bacarıqları

Bacarıq və təcrübə tələbləri:

  • Pərakəndə bankçılıq sahəsində toplam ən azı 3 illik iş təcrübəsi;
  • Pərakəndə bank məhsullarına dair məlumatlı olmaq;
  • Pərakəndə bankçılıq sahəsində biznes-proseslərlə tanış olmaq, Bankın xidmət şəbəkəsi haqqında biliklərə malik olmaq;
  • PowerPoint (və ya digər təqdimat proqramları), Excel proqramları üzrə yüksək səviyyəli biliklərə sahib olmaq

Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 27 dekabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Transformasiya ofisinə Pərakəndə Bankçılıq üzrə Baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et