Partnyorlarla iş şöbəsinin mütəxəssisi | Banco.az
Kapital Bank

Partnyorlarla iş şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Ümumi məlumat

Kapital Bank namizədləri Pərakəndə satış idarəsinin Partnyor şəbəkəsinin idarə edilməsi departamentinin Partnyorlarla iş şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  •  Bankın potensial partnyoru ola biləcək mağaza və şirkətlərin əməkdaşlığa cəlb olunması;
  • Mövcud layihələr üzrə partnyorluğa cəlb olunmuş partnyorun bankla əməkdaşlıq müddəti ərzində yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı işlərin aparılması;
  • Bankın POS terminal şəbəkəsinin genişləndirilməsi istiqamətində yeni partnyorların cəlb olunması istiqamətində işlərin aparılması və nəzarət olunması;
  • Mövcud partnyorlarla satışın artırılması və işlərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
  • Taksit layihələrinin inkişafı istiqamətində partnyor şəbəkəsi ilə işin qurulması;
  • Şöbənin funksiyasından irəli gələn digər funksiyaları icra edilməsi.

Tələblər

  • Ali təhsil;
  • Sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili və rus dili;
  • Kompyuter biliyi: yüksək səviyyədə MS Office bilikləri;
  • Sürücülük vəsiqəsi;
  • Yüksək analitik qabiliyyət;
  • Məsuliyyətlilik, Dürüstlük, Yeniliklərə açıq olması, Operativlik və Qərarvermə qabiliyyəti.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et