DəmirBank ASC Satış Departamentinə Orta və iri kreditlər şöbəsinin müdiri vəzifəsinə işəqəbul elan dəvət edir.
İşin təsviri:
• Şöbənin işinin kredit departamentinin əsasnaməsinə uyğun olaraq qurulması;
• Filiallar tərəfindən daxil olmuş sifarişlərin təhlilinin aparılması;
• Risklərin idarəedilməsi departamentinə layihələrin təqdim olunması və rəylərin alınması;
• Protokolların hazırlanmasının təmin edilməsi;
• Filiallarda kreditlərin təhlili işinin vəziyyətinə daim nəzarət edilməsi;
• Filiallarda kredit analizi işinin təşkili məqsədilə təkliflər hazırlanması;
• Kreditin verilmsi üzrə bankdaxili siyasətin və qaydaların hazırlanması;
• Borcalanın maliyyə təhlilinin aparılması;
• Bank üzrə korporativ portfelin idarəedilməsinin təşkili və işin qurulması;
• Yeni müştərilərin cəlb edilməsi;
• Kredit işçilərinin qiymətləndirilməsinin aparılması və rəylərin verilməsi.
Namizədə qarşı tələblər:
• Maliyyə təhlili bacarığının olması;
• Stres aldında işləmək bacarığına sahib olmaq;
• Idarəetmə bacarığının olması;
• Sözü gedən sahədə minimum 5 il iş təcrübəsinin olması;
• Ali təhsilin olması (iqtisadi sahədə təhsilə üstünlük veriləcəkdir);
• Ünsiyyət qurma, vaxtın idarəedilməsi, layihələrin idarəedilməsi kimi bacarıqların olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 iyun 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Orta və iri kreditlər şöbəsinin müdiri) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.