Oracle BI reporting developer | Banco.az
ABB

Oracle BI reporting developer

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC  İnformasiya Texnologiyaları departamentinə Oracle BI reporting developer üzrə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankınınyaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

  • Yeni hesabatların hazırlanması və mövcud hesabatlara xidmət;
  • Mövcud Bank sistemi üçün hesabatların hazırlanması;
  • Mövcud hesabatları optimallaşdırılması;
  • PL/SQL  funksiyalarının və prosedurlarının yaradılması.

Vakant vəzifə üzrə tələblər:

  • İT mühədisliyi və texniki sahədə ali təhsil;
  • SQL üzrə biliklər;
  • PL/SQL – də proqramlaşdırma bacarığı;
  • Müvafiq sahədə minimum 1 il təcrübə.

Bu iş sizə nələri qazandıracaq:

  • Bank sahəsində IT hesabatlılıq istiqaməti üzrə biliklərinizin inkişaf etdirilməsi;
  • Müvafiq sahədəpotensialınızı reallaşdırmaq imkanı;
  • Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  20 dekabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “(Oracle BI reporting developer)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et