Online satış kanalları ilə iş şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi | Banco.az
Bank Respublika

Online satış kanalları ilə iş şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Bank Respublika ASC Online satış kanalları ilə iş şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Onlayn kanallardan daxil olan sifarişlərin ilkin təhlil edilərək proqram təminatında qeydiyyatının aparılması;
  • Bankın mövcud məhsul və xidmətləri barəsində müştərilərə zəng vasitəsi ilə təklif verilməsi, satışının həyata keçirilməsi;
  • Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və bank məhsullarına dair təkliflərin verilməsi;
  • Müraciətlərin aidiyyatı proqram təminatında qeydiyyatının aparılması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İstehlak kreditləri və satış sahəsi üzrə təcrübəsi olanlara üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili (əla);
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində Online satış kanalları ilə iş şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi qeyd etməklə 24 mart 2023-cü il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et