Ödəniş terminalları və təcili pul köçürmələrinə nəzarət şöbəsi /mütəxəssis | Banco.az
Expressbank

Ödəniş terminalları və təcili pul köçürmələrinə nəzarət şöbəsi /mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Hesablaşmalar departamenti/Ödəniş terminalları və təcili pul köçürmələrinə nəzarət şöbəsi /mütəxəssis

Namizədə olan tələblər:                   

  • Ali təhsili olan, müvafiq peşə üzrə təcrübəsi olmayan şəxslər qəbul oluna bilər;          
  • Dillər: Azərbaycan (əla), Rus (yaxşı), İngilis (orta/yaxşı);
  • Təcrübə: müvafiq peşə üzrə təcrübəsi olmayan şəxslər qəbul oluna bilər;
  • Bilik və bacarıq: Microsoft Office proqramlarında işləmək biliyi.

Görəcəyiniz işlər:

  • Təcili pul köçürmələri üzrə hesablaşmalara aid müxabirləşmələrin  bank proqramına daxil etmək;
  • Hökümət Ödəniş Portalı (HÖP)  və Ödənş terminalları (ÖT) üzrə hesablaşmalara aid müxabirləşmələrin bank proqramına daxil etmək;
  • Günün sənədlərinin və arxivə təhvil verilən sənədlərin müvafiq qaydada hazırlamaq;
  • Ödənş terminalları üzrə aparılan gündəlik əməliyyatlar nəticəsində yaranan hesablaşma fayllarını yüklənməsini təmin etmək;
  • Aparılan gündəlik klirinq əməliyyatlarından sonra hesablarda yaranan öhdəliklərə nəzarəti təmin etmək;
  • Bankdaxili qaydalardan irəli gələn vəzifələrin icrasının təmin etmək;
  • Şöbə fəaliyyətindən və vəzifəsindən irəli gələn müvafiq hesabatların hazırlamaq və şöbə müdirinə təqdim etmək;
  • Şöbə müdirinin ona həvalə etmiş olduğu digər vəzifələrin həyata keçirmək.                   

Bizim üstünlüklərimiz:

  • Tibbi sığorta;
  • Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
  • Professional və maddi inkişaf perspektivləri.
  • Peşəkar korporativ mühitdə işləmə imkanı.

Özünüzə güvənirsiniz? CV göndərin!

[email protected]

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et