Ödəniş Sistemləri ilə İş | Banco.az
PAŞA Bank

Ödəniş Sistemləri ilə İş

Vakansiya haqqında məlumat: 

 

Ödəniş Sistemləri ilə İş

İşiniz nədən ibarətdir?

  • Gündəlik olaraq bank kartları üzrə Prosessinq Mərkəzlərindən  klirinq faylarının mübadiləsi və emal edilməsi (Visa, Master, Milli Kart, BKM və Kapital);
  • Bank ödəmə sistemləri üzrə (Visa, Master) daxil olan hesabatlar əsasında müxabirləşmələri bank proqramında icra etmək;
  • Gündəlik olaraq bank sistemində günün bağlanması prosesinin aparılması və  Prosessinq mərkəzlərinə (Visa, Master, Milli Kart və BKM, Kapital) faylların göndərilməsi;
  • Pos-terminalların qeydiyyatı, cash-back əməliyytalarının sazlanması, yeni aqreqatorların sistemdə qeydiyyatı, MCC kodların müəyyən edilib sazlanması, yeni tranzit hesabların açılması, tranzit hesabdan vəsaitlərin köçürülməsi üçün Flex sistemində rekvizitlərin sazlanması:
  • Visa və  Mastercard  ödəniş sistemləri üzrə chargeback əməliyyatları  və digər hesabatların hazırlanması və təqdim olunması.
  • Visa,  Mastercard  və BKM ödəniş sistemləri üzrə chargeback əməliyyatları prosessinin aparılması
  • Visa Quarterly report və Mastercard QMR hesabatlarının hazırlanmsı və sistemə daxil edilməsi
  • Əlavə olunan yeni sistemlərin və proseslərin təkmilləşdirilməsi.
  • Gələn ödənişlərin bütün uyğunsuzluqlarının müəyyənləşdirilməsi və bu məbləğlərin tranzit hesablardakı qalıqların vaxtında əks etdirilməsi. Daxili və xarici qaydalara uyğun olaraq müvafiq tədbirlərin görülməsi, vaxtında və düzgün icrasının təmin edilməsi.
  • Əməliyyat gününün sonunda, bütün əməliyyatların vaxtında və düzgün aparılmasını təmin etmək üçün bütün əlaqəli hesabların yoxlanılması. Neqativ hesabların yoxlanılması və tələb olunan müxabirləşmələrin verilməsi.
  • Daim yenilənən processləri nəzərə alaraq prosedurlar və qaydalar üzrə biliklərin artırılması.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 10.06.2022-ci il tarixinədək göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

Tələb edilən bilik, bacarıq və təcrübə

  • İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
  • Müvafiq sahə üzrə minimum 2-3 il
  • İngilis dili (orta səviyyə), Rus dili (orta səviyyə), Azərbaycan dili (yüksək səviyyədə)
  • Microsoft Office (excel, world)

PAŞA Bank sizə nə vəd edir?

  • Tibbi sığorta
  • İllik müəyyən məbləğdə tibbi xərclərin qarşılanması
  • İllik mükafatlar
  • Fəaliyyət ilinin tamamında daxili qaydalara uyğun bonuslar və mükafatlar
  • İdman güzəştləri
  • İllik müəyyən məbləğdə idman xərclərinin qarşılanması

Arzularının komandasını birlikdə yaradaq!

Müraciət et!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et