Xalq Bank
Ödəniş Kartları İdarəsinin Mübahisə və etiraz sorğuları şöbəsi
Vakansiya haqqında məlumat:
Təsvir
- Emissiya, Ekvayrinq və digər kanallar üzrə keçən əməliyyatların gündəlik monitorinqi;
- Ödəniş kartları əməliyyatları üzrə dələduzluq və sui istifadə əməliyyatlarının aşkar edilməsi və analizi;
- Rəqəmsal dələduzluq üzrə müraciətlərin analizi və müştərilərlə kommunikasiyası;
- Şöbə daxili hesabatların hazırlanması və ya hesabatların hazırlanmasını təmin etmək;
- Rəqəmsal dələduzluğun qarşısının alınması üzrə yeni təkliflərin hazırlanması;
- Rəqəmsal dələduzluğun idarə edilməsi üzrə prosedura uyğun olaraq görülən tədbirlərə nəzarət.
Tələblər
- Ali magistr təhsili (İqtisadi, Maliyyə, Kompüter elmləri, İnformasiya təhlükəsizliyi təhsilin olması arzuolunandır);
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bank təcrübəsi (1-2 il) (Rəqəmsal dələduzluqla mübarizə, Ödəniş kartları, mübahisə və etiraz sorğuları sahələri üzrə iş təcrübəsi arzuolunandır);
- Azərbaycan, İngilis və rus dillərini mükəmməl bilməlidir;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
- Analitik düşünmə bacarığı;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Excel proqramı üzrə əsas bacarıqlar (formulalar, məntiqlər, shortcuts və s.);
- SQL bilikləri;
- MS Office bilikləri;
- Rəqəmsal dələduzluqla mübarizə alətləri üzrə biliklərin olması arzuolunandır.
Müraciət üçün daxil olun