Xalq Bank
                        
                        
                    
                    
                    
                    Ödəniş Kartları İdarəsinin Ekvayrinq şöbəsinin mütəxəssisi
Vakansiya haqqında məlumat: 
Vəzifə: Ödəniş Kartları İdarəsinin Ekvayrinq şöbəsinin mütəxəssisi
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Maliyyə, İqtisadiyyat, Menecment və ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
 - Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
 - Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
 - Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;
 - Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
 - Riyazi hesablama aparmaq qabiliyyəti;
 - Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
 - İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
 - Kompüter bilikləri;
 - Ofis proqramlarında (Excel, Word) işləmə bacarığı;
 - 1C proqramında işləmə bacarığı.
 
İŞİN TƏSVİRİ:
- Pos-terminallara WAY4 (Telescope) və digər mövcud Remote (məsafədən idarə etmə) proqramlar vasitəsilə nəzarət etmək;
 - Pos-terminalların daim işlək vəziyyətdə saxlanılması, monitorinqi, yaranmış problemlərin diaqnostikası və aradan qaldırması;
 - Pos-terminalların nasaz ehtiyat hissələrinin müəyyən edilməsi, təmiri (zərurət yarandığı halda), sazlanması, yenisi ilə əvəz olunması və s. üçün servis xidmətlərinin cəlb edilməsi;
 - Pos-terminallar üzrə problemli əməliyyatların təhlili;
 - Yeni Pos-terminalların quraşdırılması;
 - Pos-terminallara müvafiq proqram təminatının yazılması və tam işlək vəziyyətə gətirilməsi;
 - Pos-terminalların fiziki vəziyyətinə nəzarət məqsədilə mütəmadi monitorinqlərin keçirilməsi, dövriyyə tələbinə uyğun olmayan müştərilərin müəyyənləşdirilməsi;
 - Prosessinq mərkəzi üçün xüsusi formaların hazırlanması, göndərilməsi və icrasının izlənilməsi.
 
QEYD: Tələblərə uyğun olmayan və mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"lərə baxılmayacaq. CV-lər Azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Bizi sosial şəbəkələrdən izləyin!!
