Nəzarətçi - Mühasib
“ABB” ASC Filial şəbəkələrinə Nəzarətçi - Mühasib vəzifəsi üzrə vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
Filialın müştəri əməliyyatlarının normativ sənədlərə uyğunluğuna nəzarət etmək;
Məsul icraçılar üzrə dövriyyə qalıq cədvəllərinin düzgünlüyünə nəzarət etmək;
Filialda açılmış hesabların normativ sənədlərə uyğunluğuna nəzarət və təsdiqini etmək;
Filialın möhür və ştamplarının işçilərə təhkim olunmasına nəzarət etmək;
Filial büdcəsinin tərtib edilməsində iştirak etmək;
Kredit əməliyyatlarının uçotuna nəzarət etmək;
Əmanətlərin qəbulu və qaytarılması, faizlərin ödənilməsi üzrə sənədləşmələrin və uçot işinin düzgün aparılmasına nəzarət etmək;
Filialda kassa əməliyyatlarına nəzarət etmək;
Bank günü ərzində sənədlərin Bank proqramında düzgün yığılmasına nəzarət, balans proqramında yığılmış əməliyyatların təsdiqlənməsini həyata keçirmək;
Bankomatların inkassasiyasında bilavasitə iştirak etmək;
Filalın günün sənədlərinin tikilməsinə, biznes əməkdaş qovluğunun arxivləşdirilməsi və saxlanmasını həyata keçirmək;
Balansdankənar hesablara nəzarət etmək;
Balansdan silinmiş ümidsiz borclara, vergi sərəncamlarının və verilmiş kreditlərə görə götürülmüş girovların uçotuna nəzarət etmək;
Bankdaxili iş rejiminə riayət etmək, həvalə olunmuş sahə üzrə filialdaxili sənəd dövriyyəsini həyata keçirmək;
Müştərilərin ödəniş əməliyyatlarının ilkin sənədlərə əsasən Bank ödəniş sistemində yığımının ön ofisdə vaxtında həyata keçirilməsinə nəzarət etmək;
Müştərilərin eyniləşdirilməsi məqsədilə anketləşdirilməyə nəzarət etmək.
Vakant vəzifə üzrə tələblər:
Ali iqtisadi təhsil;
Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;
Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 8 iyun 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Nəzarətçi-Mühasib” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az